DataLife Engine > dunya > Ərdoğan Belarusa səfər edib

Ərdoğan Belarusa səfər edib


11-11-2016, 12:09. Разместил: heqiqet Ərdoğan Belarusa səfər edib Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Belarusa səfər edib.
Dövlət başçısını bu səfərdə Baş nazirin müavini Numan Kurtulmuş, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihad Zeybekçi, gömrük və ticarət naziri Bülənt Tüfəngçi müşayiət edirlər.
Paytaxt Minskdə R.T.Ərdoğan və Belarus prezidenti Aleksandr Lukaşenko arasında görüş keçiriləcək. İki ölkə arasında bir sıra sənədlərin imzalanacağı gözlənilir.
Türkiyə prezidenti səfər çərçivəsində Türk-Belarus biznes forumunda çıxış edəcək, eləcə də Minsk məscidinin açılışında iştirak edəcək.
Вернуться назад