Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Müraciət
21-11-2016, 12:49. Разместил: heqiqet
Prezidenti İlham Əliyev cənablarına
Surəti: Baş Prokuror Zakir Qaralova,
DİN naziri Ramil Usubova,
Heydər Əliyev Fondunun prezidenti,
millət vəkili Mehriban Əliyevaya,
“Bizim lider” qəzeti redaksiyasına,
“Heqiqet.az” saytına
Azərbaycan Respublikasının vətəndaşı,
iş adamı, sizin əbədi dəstəkçiniz
Quliyev Kamal Sadat oğlu tərəfindən
(Ünvan, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 32, mənzil 42-də yaşayan,
əlaqə tel: 050 348-11-88)
Müraciət
Hörmətli cənab Prezidentimiz!
Sizə müraciət etməkdə əsas məqsədim son zamanlar işgüzar nüfuzuma, şəxsimə, ailəm və mülkiyyətimlə bağlı yaranmış həyatı əhəmiyyətli təhlükədir. Bu təhlükə məni vətənimdən, doğma torpağından çıxıb getməyimə, hətta xarici ölkə səfirliklərinə müraciət etməyimə səbəb ola biləcək məcburi haldır. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən iş adamıyam, vətənini, millətini sevən, ölkəsinə və qanunlarına, dövlət başçısına inanan bir insanam - Quliyev Kamal Sadat oğlu. Təməli ulu öndərimiz ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan bu gün öz dinamik inkişaf mərhələsindədir. Mərhum ümummilli liderimiz Heydər Əliyev həmişə iş adamlarına şərait yaratmış və haqsızlığa uğrayan sahibkarların daim yanında olmuş və onların qayğı və problemləri ilə dərindən məşğul olmuşdur. Bu gün Heydər Əlirza oğlu Əliyev tərəfindən əsası qoyulan müasir, demokratik respublikamız sizin rəhbərliyinizlə uğurla davam və inkişaf etdirilir. Bir iş adamı, Azərbaycanı sevən insan kimi daim gördüyünüz ardıcıl işləri həmişə alqışlamışıq. Siyasətinizi dəstəkləmiş və ölkəmizin gələcəyinə böyük ümidlər bəsləmişik, ölkəmizə qoyulan sərmayələr, iri kapitallar, açılan yeni iş yerləri dövlətimizin gücündən xəbər verir, biz bunlara çox sevinirik və prezidentimizi dəstəkləyirik. Biz iş adamları həmişə sizin yanınızdayıq. Sizin daimi dəstəkçiniz olaraq sizə güvənir və investisiyalarımızı ölkəmizə sərf etmək istəyirik. Lakin müəyyən qüvvələr mənə və ətrafımda olan vətənpərvər insanlara hər vasitə ilə mane olur və bizi dövlətimizdən narazı salmaq istəyirlər. Hər vasitə ilə çalışırlar ki, bizi öz işimizdən ayrı salıb, müflis edib, ölkədən baş götürüb getməyimizə səbəb olsunlar.
Nəzərinizə çatdırmaq istəyirəm ki, bir sahibkar kimi dövlətimizə və sizin uzaqgörən, düşünülmüş, balanslaşdırılmış siyasətinizə dəstək olmuş, ölkəmizin iqtisadi sahələrindən biri olan tikinti sahəsinə daim investisiyalar, qoymuş və hal-hazırda çoxmənzilli bina tikintisi ilə məşğul olan "TVİNS-ART MMC-nin 4 təsisçisindən biriyəm. Müəssisə Xətai rayonu Xudu Məmmədov küçəsi 2944-cü məhəllədə yerləşir. Həmən MMC-də payların 25% sahib olmaqla həmtəsisçisiyəm. MMC-nin nizamnaməsinə əsasən təsisçilər bunlardır:
Quliyev Kamal Sadat oğlu (mən), Qiyaslı Pərviz Fərhad oğlu, Quliyev Əkrəm Məhəmməd oğlu və Ağayev Etibar Əkbər oğlu.
Bu gün həmin təsisçilər və havadarları məni "TVİNS"-ART şirkətinin ofisinə buraxmır, məni ölümlə hədələyirlər. Mən şirkətə gedəndə məni hüquq-mühafizə orqanları ilə hədələyir, ofisə polis çağrılır və məni oradan zorla uzaqlaşdırırlar, ailəm və mülkiyyətim üçün təhlükəli vəziyyət yaradırlar. MMC təsisçilərindən olan Qiyaslı Pərviz Fərhad oğlunun atası Ağayev Fərhad Qiyas oğlu, Fərhad Ağayevin qardaşı Rövşən Qiyas oğlu Ağayev, təsisçi Ağayev Etibar Əkbər oğlu tərəfindən mənə qarşı ağlagəlməz təzyiqlər göstərirlər. Mənə göstərilən hədə-qorxu, şantaj hərəkətləri onların bəzi yüksək məmurların adından istifadə etməsi, əmin davranmaları mənə psixoloji təsir etmişdir.
Dərin hörmət hissi ilə bildirmək istəyirəm ki, təhlükənin qarşısı əgər vaxtında alınmasa şəxslər ən ağır şəkildə cəzalandırılmasa, qeyd etdiyim təhlükələr nəinki mənim məhvimlə nəticələnə bilər. Eyni zamanda ölkəmizə investisiyalar qoymaq istəyən iş adamlarının ölkədən didərgin düşməsinə səbəb ola bilər. Bu gün bəzi hüquq mühafızə orqanlarından "dostlarına",- havadarlarına arxayın olan bu qoluzorlu adamların hərəkətləri öz həddini aşmışdır. Ümid yerimiz yalnız sizsiniz, möhtərəm Prezidentimiz!
Bu gün müstəqil Azərbaycan Respublikasının uğurlarını və inkişafını gözü götürməyən bu cür mənfur xislətli, böhtançı, pis niyyətli adamlar ölkəmizin uğurlarına kölgə salırlar.
Onu da bildirim ki, əqidəcə bütün nəslimiz dövlətimiz və dövlətçiliyimız üçün, ölkəmizin inkişafı naminə daim əzmlə, böyük sevgi ilə çalışmış, insanlara daim sədaqət göştərmiş, çətin anda olan vətəndaşlarımıza əlindən gələni edir. Əslən cənublu Cəlilabad rayonundan, tanınmış din xadimi Mir Qiyas ağanın yaxın qohumu, kimi əhalimiz üçün həmişə savab işlər görmüşük.
Sizin biz sahibkarlara yaratdığınız geniş imkanlar nəticəsində həmişə dövlətin vergi və sosial ödənişlərini vaxtında dövlət büdcəmizə ödəmişik.
Cənab Prezdentimiz!
Adları çəkilən bu 3 nəfər mənfur şəxs - Fərhad, Rövşən və Etibar Ağayevlərin etdiyi qeyri-qanuni hərəkətləri və onların havadarlarının əməllərinin araşdırılmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm. Belə mənfur adamlar sizin sahibkarlara yaratdığınız imkan və şəraitdən istifadə etməyə hər cür mane olmağa çalışırlar. Bunlar dövlətçiliyimizə, ali qanunlarımıza qarşı çıxaraq, bir sıra dövlət orqanında çalışan yüksək rütbəli məmurların adından istifadə edərək görülən işlərə kölgə salaraq öz çirkli əməllərini həyata keçirməyə çalışarlar, onlar heç kimdən qorxmurlar. Bizə heç kim toxunmaz deyirlər, guya yuxarıdan tapşırıq var, onların qarşısını heç kəs ala bilməz. Belə ki mənə təzyiq edərək 30 dekabr 2014-cü il tarixində TVİNS MMC-yə məxsus möhür, MMC-nin hesablaşma kassa əməliyyatlarının aparılması üçün istifadə edilən kassa sənədləri qeyri-qanuni şəkildə hədə-qorxu yolu iiə əlimdən almışlar. Bu dəstənin qanunazidd hərəkətləri çoxdur. Bu gün bunların heç kim qarşısını ala bilmir. Hara müraciət edirik məktublarımıza hüquq çərçivəsində baxılmır.
Bu gün demokratiyanın, insan azadlığının, sosial və mədəni inkişafın, sivilizasiyanın paytaxtı olan ölkəmizdə belə mənfur adamların əməlləri insanda təssüf hissi yaradır. Ümidimiz yalnız sizədir. Problemlə bağlı dəfələrlə müraciət etsək də DİN və Baş Prokurorluq müvafıq araşdırmaları aparmış və qarşı tərəf kimi mənim müraciətimi dinləmişlər. Sizdən xahiş edirəm müvafıq strukturlara bununla bağlı göstərişinizi verəsiniz, o zaman qanun çərçivəsində həqiqət üzə çıxar. Bir sahibkar kimi, hüquqlarımın qorunub bərpa olunmasını, təhlükədə olan həyatımı xilas etməyinizi, mülkiyyət hüquqlarının bərpa olunmasını xahiş edirəm möhtərəm Prezidentimiz!
Xahiş edirəm mənim haqq işimə köməklik edəsiniz.
İmza: Quliyev Kamal Sadat oğlu
Redaksiyadan: Qarşı tərəfin də fikrini dinləməyə hazırıq.
Вернуться назад