DataLife Engine > hadise > Xırdalanda yaşayış binasında YANĞIN: 22 nəfər təxliyə olunub

Xırdalanda yaşayış binasında YANĞIN: 22 nəfər təxliyə olunub


25-11-2016, 10:00. Разместил: heqiqet Xırdalanda yaşayış binasında YANĞIN: 22 nəfər təxliyə olunub Abşeron rayonu, Xırdalan şəhərində onbirmərtəbəli yaşayış binasının zirzəmisindən 1-ci mərtəbəsinə kimi elektrik kabelləri 3 pm yanıb.
Yanğın zamanı yuxarı mərtəbələrdəki mənzillərdən 22 nəfər sakin (onlardan 7 nəfəri azyaşlı uşaq olmaqla ) yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Binanın elektrik xətlərinin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə edilib. Yanğın saat 23:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Вернуться назад