Mosulda sonuncu körpü partlatıldı
25-11-2016, 10:07. Разместил: heqiqet
Məlumata görə, koalisiya qüvvələri şəhərin şərq və qərb hissələrini birləşdirən, “Əl-Ətik” adı ilə tanınan, dəmir körpünü uçurublar. Bundan əvvəlki günlərdə təyyarələr çay üzərindəki digər dörd körpünü uçurublar.
Mənbənin sözlərinə görə, sonuncu körpünün partladılması ilə terrorçuların silah-sursat və canlı qüvvə ilə təminatı tamamilə kəsilmiş olub.
Qeyd edək ki, Mosulun İŞİD-dən təmizlənməsi əməliyyatı oktyabrın 17-dən davam edir.
Вернуться назад