Bakıda 23 yaşlı gənc qətlə yetirilib
28-11-2016, 10:12. Разместил: heqiqet
Bakıda qətl hadisəsi baş verib. Bu barədə Sabunçu rayon Prokurorluğundan məlumat verilib.Hadisə rayonun Albalılıq qəsəbəsində baş verib. Qəsəbə sakini, 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlu 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlu ilə şəxsi münaqişə zəminində dalaşıb. V.Əlizadə bıçaqla K.Quliyevi 3 bıçaq zərbəsi ilə qətlə yetirib.
Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, hadisəni törədən V.Əlizadə saxlanılıb. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Вернуться назад