İyunun 11-də keçirilmiş buraxılış imtahanında "2" alanların sayı açıqlandı
16-06-2015, 16:48. Разместил: heqiqet
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də keçirilən buraxılış imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, IX sinif üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 26.84 faizi Ana dilindən “2”, 50.50 faizi “3”, 31.87 faizi Riyaziyyatdan “2”, 39.45 faizi “3” alıb. Şagirdlərin 15.74 faizi Ana dilindən, 16.93 faizi Riyaziyyatdan “4”, 6.92 faizi Ana dilindən, 11.74 faizi Riyaziyyatdan “5”alıb.Ümumi orta təhsil bazasında (9 illik) keçirilmiş buraxılış imtahanının nəticələrinə dair statistik məlumat:
XI sinif şagirdlərinin 22.14 faizi Ana dilindən, 26.87 faizi Riyaziyyatdan “2” ilə qiymətləndirilib. XI siniflərin 16.34 faizi Ana dilindən, 14,57 faizi Riyaziyyatdan “5” alıb.
Tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumat:
Вернуться назад