Terrorçular Hələbi tərk edəcək
14-12-2016, 10:32. Разместил: admin
Mənbənin sözlərinə görə, silahlıların şəhərdən çıxması yaxın saatlarda baş verəcək: “Döyüşlər artıq aparılmır. Hazırda detallar razılaşdırılır. Razılaşmaya əsasən, terrorçular ailə üzvləri ilə birlikdə qərb istiqamətində, “Rasmuse” nəzarət-buraxılış məntəqəsindən şəhəri tərk edəcəklər. Avtobuslar artıq hazırdır”, - deyə mənbə bildirib.
Qeyd edək ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Suriya hökumətinin şərqi Hələb üzərində nəzarəti tam bərpa etdiyini bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Hələbdə dinc sakinlərin kütləvi şəkildə öldürülməsinə dair yayılan xəbərlərin əsassız olduğunu bildirib.
Вернуться назад