DataLife Engine > yazarlar > Xəyal və ləpə

Xəyal və ləpə


20-12-2016, 15:56. Разместил: heqiqet Xəyal və ləpə Cəmilə Vasifqızı

Mən sevdim, sən də sevdin. Yox, sən sevmədin. Mənim sənə verdiyim sevginin o üz, bu üzünə baxaraq əlində bir az sığallayıb lazımsız bir əşya kimi tulladın. Həmişə düşünürdüm ki, sən mənim xəyallarımın qəhrəmanısan. Sən o rolu oynadın və getdin. Xəyallarımın qəhrəmanı bir müddət oldun, sonra isə xəyallarımın xəyalı oldun.Bax, məni yaşadan o xəyallardır. Mən o xəyalların qarşısında aciz və gücsüzəm.O cansızdır,amma sən və mən nəfəs alırıq.O ruhsuzdur,amma bizim ruhumuz var.Sadəcə o xəyallar pak və təmizdir.Amma sən o paklığı saxlaya bilmədin. O xəyallarda sən və mən varıq. Amma indi mən sənsiz, sən mənsizsən.Sən o gözəl anları xəyal edərək gülürsən, mən isə bilmirəm gülüm,yoxsa ağlayım.Yox, mən ağlamıram.Mən boğuluram - bir duman içində tüstüdən boğulub ləçəkləri solmuş bir gül kimi aram-aram soluram. Sən o tüstünü görə bilməzsən.
Sənin üçün göyün üzü həmişə aydındır. Mən isə o aydınlığı çox əfsuslar olsun ki,xəyallarda görürəm. Mənə səndən qalan tək xatirə - o xəyallar da hətta səndən utanır.
Onlar mənim sükutumu pozaraq səndən danışmaq istəyir, sonra geri çəkilirlər. Çünki,hətta onlar da məni incitmək istəmirlər.Bax - cansız,amma canlı kimidir.Sən isə canlı. Etdiyin hərəkətlər isə - sanki,bir uşaq oyuncağı ilə oynamısan və sındırıb atmısan. Bəli, sən məni sındırdın, məni məndən aldın və xəyallara bağladın.Keçmiş - sənli anlar,xəyallar. İndi - sənsiz anlar,röyalar. Artıq heç nə istəmirəm.O xəyalları bir qutuya qoyub dənizə atmaq istəyirəm.Bilirəm ki,nə vaxtsa sən onları dənizdə tapacaqsan.Çünki,biz səninlə yağış yağan gün tanış olmuşduq.Həmin o yağan damcılar sənin həyatında ləpələnib dənizə dönəcəkdir. Sən o qutunu taparaq bəlkə onu əzizləyib saxlayacaqsan, bəlkə də elə orda torpağa basdıracaqsan.Mən artıq əzab,iztirab çəkməkdən yorulmuşam.Səni sevən ürək artıq heç nə hiss etmir.Orda bir boşluq hökm sürür. Həmin dənizin ləpələrini uzaqdan eşidirəm. O mənə pıçıltı ilə deyir " O, heç zaman dəyişməyəcək,səni kimlərəsə dəyişəcək,amma özü dəyişməz olaraq qalacaqdır. Sən də bizim kimi - yəni ləpələr kimi sahilə can atırsan,amma əlin ona çatmır.Çünki o, torpaq qədər soyuqdur.Sən isə dalğalartək vurnuxaraq ona tərəf gəlirsən.Bu hər dəfə belə təkrarlanır.Nə qədər istəsən də ona yaxınlaşa bilmirsən.Ləpə olsan belə sulara qərq olursan.Yenə də can atırsan o quru torpağa bilməyərək ki,o dərin bir quyu qazaraq səni orda basdıracaq,yoxsa muncuq dənələri kimi öz qumunun üstündə parıldadacaq.Bütün boşluqları nəzərə alaraq yenə də onu buraxmadın. Bir gün sənin qəlbin o ləpələrin sədası altında dərin bir yuxuya gedəcəkdir.Amma o, bilməyəcək.Bunu bir sən biləcəksən,bir də mən - sənin dostun Ləpə".
Вернуться назад