DataLife Engine > sosial > Bu ölkə 22 saat oruc tutacaq

Bu ölkə 22 saat oruc tutacaq


18-06-2015, 12:07. Разместил: heqiqet Bu ölkə 22 saat oruc tutacaq Müqəddəs ramazan ayının başlaması ilə dünyanın bütün ölkələrində yaşayan müsəlmanlar oruc tutmağa başlayıblar.
Ölkələrin qütblərə və ekvatora qədər olan məsafələrinə görə, bu ölkələrdə tutulan orucun müddəti də fərqlilik göstərir. Bu il ən uzun gün olan iyun ayının 21-nin ramazana təsadüf etməsi ilə möminlər ən uzun müddətli orucu tutacaqlar. Ən uzun oruc Skandinaviya ölkələrində, ən qısa oruc Cənubi Amerikada qeydə alınacaq.
Türkiyənin rəsmi din qurumu Diyanətin hazırladığı dünya təqviminə görə, ən uzun oruc 22 saat 34 dəqiqə ilə İslandiyanın Reykyavik şəhərində tutulacaq. İsveçin şimal şəhəri Kiruna və Norveçin Tromso şəhərində yaşayanlar isə təxminən 22 saata yaxın oruc tutacaqlar. Stokholm, Oslo, Kopenhaqen və Helsinki sakinləri də 20 saata yaxın oruc tutacaqlar.
Ən qısa oruc isə 8 saat 57 dəqiqə ilə yerin cənub yarımkürəsində yerləşən Argentinanın Uşuayya şəhərində olacaq. Həmçinin əhalisinin 2%i müsəlman olan Avstraliyada müsəlmanlar 12 saata yaxın, Tazmaniya adasında 11 saat, Malaziyanın paytaxtı Kuala Lumpurda 13 saat 45 dəqiqə, Hindistanın paytaxtı Yeni Dehlidə 16 saat oruc tutulacaq.
Ölkəmizdə Bakı vaxtı üçün ən uzun oruc iyunun 22-də qeydə alınacaq və 17 saat 31 dəqiqə olan oruc müddəti 3 gün davam edəcək.
Allah tutulan bütün orucları qəbul etsin.

Вернуться назад