İran nümayəndə heyəti Azərbaycana gəlir
26-12-2016, 14:22. Разместил: heqiqet
İqtisadiyyat Nazirliyindən verilən xəbərə görə, səfər çərçivəsində Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının XI iclası, Azərbaycan-İran biznes forumu və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək. Bununla belə, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunacaq.
Eyni zamanda, səfər zamanı İran nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına gedəcək, rəsmi görüşlərdə və bir sıra tədbirlərdə iştirak edəcək.
Вернуться назад