Başına 1 milyon avro pul qoyulan qadın həbs edildi
5-01-2017, 11:29. Разместил: heqiqet
Dünyanın ən çox axtarılan terrorçularından biri Panayota Rupa Afinada həbs edilib. Rusiya mətbuatının məlumatına görə, Rupa anarxist təşkilat olan “İnqilabi mübarizə”nin üzvdür. Onun əri Nikos Maziotis isə bir qədər əvvəl həbs edilmişdi.
Rupa və əri, habelə “İnqilabi mübarizə”nin digər üzvləri bir neçə terror aktında, o cümlədən ABŞ-ın Yunanıstandakı səfirliyinə hücumda ittiham olunurlar.
Onu da qeyd edək ki, rəsmi Afina Rupanın yerini deyənə 1 milyon avro mükafat vəd etmişdi.
Вернуться назад