Putindən yeni qərar: Hərbi qüvvələrin bir hissəsi Suriyadan çıxır
6-01-2017, 17:15. Разместил: heqiqet
"Ali Baş Komandanın qərarı ilə Rusiya Müdafiə Nazirliyi Suriyadakı Silahlı Qüvvələrin qruplaşmalarının sayını azaltmağa başlayır", - deyə o bildirib.
V. Gerasimovun sözlərinə görə, Suriyanı ilk olaraq “Admiral Kuznetsov” aviadaşıyıcısı, “Pyotr Velikiy” kreyseri və onları müşayiət edən gəmilər tərk edəcək.
O bildirib ki, aviadaşıyıcı qrup qarşısında qoyulan vəzifələri, o cümlədən Hava Hücumundan Müdafiə Qüvvələri ilə birlikdə Suriyada vahid Hava Hücumundan Müdafiə sisteminin yaradılması vəzifəsini uğurla yerinə yetirib.
V. Gerasimov xatırladıb ki, 30 dekabr 2016-cı il Moskva vaxtı ilə saat 00.00-dan Suriyanın bütün ərazisində atəşkəs elan edilib. Lakin bu atəşkəs beynəlxalq terror qruplaşmalarının məhvinə yönəlmiş əməliyyatlara aid deyil.
Вернуться назад