DataLife Engine > iqtisadiyyat > Bakı-Sumqayıt qatarının milyonuncu sərnişini - 2 ay havayı gedib-gələcək

Bakı-Sumqayıt qatarının milyonuncu sərnişini - 2 ay havayı gedib-gələcək


6-01-2017, 18:27. Разместил: heqiqet Bakı-Sumqayıt qatarının milyonuncu sərnişini - 2 ay havayı gedib-gələcək Bu gün Bakı-Sumqayıt elektrik qatarından sayca milyonuncu sərnişin istifadə edib.
Həmin sərnişin Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi Leyla Hüseynzadə olub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəis müavini Mədəd Şıxəmirov milyonuncu sərnişini təbrik edib və ona iki ay müddətinə Bakı-Sumqayıt qatarından ödənişsiz gediş hədiyyə edib.
Qeyd edək ki, Bakı-Sumqayıt elektrik qatarı 2015-ci il sentyabrın 12-də istifadəyə verilib.

Bakı-Sumqayıt qatarının milyonuncu sərnişini - 2 ay havayı gedib-gələcək


Вернуться назад