Lukaşenko azərbaycanlı məşhuru mükafatlandıracaq
18-06-2015, 18:49. Разместил: heqiqet
Azərbaycanın xalq artisti, bəstəkar-müğənni Polad Bülbüloğlu Belorusda mükafata layiq görüləcək. Heqiqet.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, görkəmli musiqiçi prezident Lukaşenkonun "İncəsənətdən sülhə və qarşılıqlı anlaşmaya" xüsusi mükafatının laureatı olacaq.
Mükafat ənənəvi olaraq "Vitebsdə Slavyan bazarı" beynəlxalq incəsənət festivalında təqdim edilir.
Fevral ayında 70 illik yubileyi Azərbaycanla yanaşı Rusiyada da təmtəraqla qeyd edilən əsl ulduz Polad Bülbüloğlunun adı Ulduzlar Xiyabanında həkk ediləcək. İndi Vitebsk Ulduzlar Xiyabanında azərbaycanlı musiqiçinin adına da lövhə olacaq.
Hazırda Polad Bülbüloğlu "Vitebsk 2015" estrada ifaçılarının beynəlxalq müsabiqəsinin münsiflər heyətinə başçılıq edir və onun adı konsertlərin bütün afişalarında yer alıb.
İstisna edilmir ki, görkəmli musiqiçi öz ifaçılıq məharətilə yanaşı, aktyorluq ustalığını da tamaşaçılara nümayiş etdirəcək. O, iki il əvvəl 1981-ci ildə ekranlara çıxmış məşhur "Qоrxma, mən səninləyəm" filminin davamına çəkilib.
Polad Bülbüloğlu yenidən baş rolu - əsərin qəhrəman Teymuru oynayıb, lakin bu dəfə hadisələr birinci filmdəkindən 20 il sonra baş verir. Görkəmli bəstəkar hər iki ekran işinə gözəl musiqilər və mahnılar yazıb. Teymurun mahnılarını əlbətdə ki, o özü ifa edib.
Вернуться назад