DataLife Engine > dunya > Fransadan ermənilərə "soyqırım" zərbəsi - Qanun ləğv edildi

Fransadan ermənilərə "soyqırım" zərbəsi - Qanun ləğv edildi


27-01-2017, 10:20. Разместил: heqiqet Fransadan ermənilərə "soyqırım" zərbəsi - Qanun ləğv edildi Fransa Konstitusiya Məhkəməsi 1915-ci il hadisələrinə dair erməni iddialarını özündə əks etdirən "Bəzi cinayətlərin inkar edilməsinin kriminallaşdırılmasına" dair qanunu ləğv edib.
Fransa Konstitusiya Məhkəməsinin qərarında mövcud qanunvericiliyin fonunda nifrətin daha da alovlandırılmasının lazımsız olduğu qeyd olunub.
"Bu qanun, tətbiq ediləcəyi zaman cinayət təşkil etməyən hadisələrə görə cəzalandırmaya yol açır. Eyni zamanda qanun, tarixçilər tərəfindən araşdırılması tələb olunan hadisə ilə bağlı hər-hansı ifadənin qanuni olub-olmaması məsələsində qeyri-müəyyənliyə səbəb olur. Bu səbəbdən qeyd olunan qanun, söz azadlığına bir zərbədir", - deyə Konstitusiya Məhkəməsinin qərarda bildirilir.
Xatırladaq ki, bu qanunda uydurma “erməni soyqırımı”nı inkar edən şəxslərə qarşı 45 min avro məbləğində cərimə və ya 1 il müddətinə azadlıqdan məhrum edilmə cəza tədbirinin tətbiq edilməsi nəzərdə tutulub.
Вернуться назад