DataLife Engine > dunya > Planetin ən yaşlı insanı öldü

Planetin ən yaşlı insanı öldü


19-06-2015, 17:19. Разместил: heqiqet Planetin ən yaşlı insanı öldü Dünyanın ən yaşlı insanı qəbul edilən şəxs həyata gözlərini əbədi olaraq yumub.
“Anspress.com”-ın məlumatına görə, planetin ən yaşlı insanı hesab edilən ABŞ-lı Jeralin Talli 116 yaşında dünyasını dəyişib.
Ötən ay Miçiqandakı evində 116 yaşını qeyd edən Tallinin ağciyərində yaranan narahatlıqlar səbəbilə müalicə olunduğu xəstəxanada vəfat edib.
1899-cu ildə Montros şəhərində dünyaya göz açan Talli 1930-cu ildən etibarən Miçiqana yerləşib. Onun həyat yoldaşı isə 1988-ci ildə 95 yaşında həyatla vidalaşıb.
Qeyd edək ki, indiyə qədər ömür müddəti ilə Ginnesin Dünya Rekordları kitabına düşən insan isə fransalı qadın Jan Luiz Kalmandır. O, 1997-ci ildə dünyasını dəyişəndə 122 yaşında idi.

Вернуться назад