Təcili Tibbi Yardıma müraciətlər artıb - 2 gün 42 nəfər buzda sürüşdü
2-02-2017, 11:53. Разместил: heqiqet
Bunu Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Murad Mirzəzadə deyib.
Onun sözlərinə görə, həmin şəxslərin 38-i müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanalara yerləşdirilib. Qalan şəxslərə isə yerində yardım göstərildikdən sonra evə buraxılıb.
M.Mirzəzadə qeyd edib ki, xəsarət alanlar əsasən, əzilmə diaqnozları ilə xəstəxanalara yerləşdirilblər. Onlar arasında ciddi zədə alanlar yoxdur. Buzda sürüşənlər arasında uşaqlar yoxdur.
Вернуться назад