DataLife Engine > maraqli > İt 303 min dollar tapdı

İt 303 min dollar tapdı


9-03-2017, 16:21. Разместил: heqiqet İt 303 min dollar tapdı Polis iti qatarda narkotik axtarırmış
Lüksenburqda it qatarda sərvət tapıb. Keş adlı xidmət iti qatarda gizlədilən 286 min avro (303 min dollar) pulu tapa bilib.
Qatarda yoxlama narkotiklə mübarizə dövlət proqramı çərcivəsində aparılıb. Heyvan polis əməkdaşlarını iki naməlum şəxsin yanına gətirib. Onların üzərində 50 min dollar pul olub. Məbləğin digər hissəsi isə baqajda olub.
Keşin üzə çıxardığı pulu aparan iki kişi saxlanılıb. Pul isə müsadirə olunub.
Ölkə qanunverciliyinə görə, sərnişinlər 10 min avrodan çox pul aparmaları barədə bəyannamə verməli idilər.
Külli miqdarda pulun haradan-hara aparıldığı isə hələlik bilinmir.
Вернуться назад