Heqiqet.Az » siyaset » Azərbaycanın Polşadakı səfirliyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü qeyd edib


Azərbaycanın Polşadakı səfirliyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü qeyd edib

10-05-2017, 09:20
Çap et
Azərbaycanın Polşadakı səfirliyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü qeyd edibAzərbaycan Respublikasının Polşadakı Səfirliyinin təşkilatçılığı ilə bu ölkənin ilk paytaxtı olmuş Qnejno şəhərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilib.
Səfirlikdən verilən məlumata görə, tədbir Qnejno şəhərinin mərkəzi parkında Səfirlik tərəfindən Azərbaycan və Polşa arasında münasibətlərin qurulmasının 540 illiyi münasibətilə ucaldılmış abidənin önündə təşkil edilib. Abidənin üzərində ulu öndərin Polşa haqqında, Roma papası İkinci İoann Pavelin isə Azərbaycan haqqında söylədiyi fikirlər həkk olunub.
Tədbirdə Qnejno şəhər administrasiyasının rəhbərliyi, yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan diasporasının üzvləri, Polşada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. İlk olaraq abidənin önünə əklill və çiçəklər qoyuldu.
Tədbiri giriş sözü ilə açan Səfir Həsən Həsənov Ümummilli lider Heydər Əliyevin həyatı, onun ölkəmizin çiçəklənməsi, güclü, inkişaf etmiş dövlətə çevrilməsi istiqamətində fəaliyyəti haqqında toplantı iştirakçılarına ətraflı məlumat vermişdir. Xüsusi olaraq ulu öndərin Azərbaycan-Polşa münasibətlərinin inkişafına verdiyi töhfəni qeyd edib.
Tədbirdə çıxış edən Qnejno şəhər rəhbərliyi Azərbaycan və Polşa xalqlarının həyatında mühüm rol oynamış bu iki şəxsiyyətin fikirləri həkk edilmiş abidənin məhz Qnejno şəhərində ucadılmasından və Heydər Əliyevin anadan olmasının Qnejno şəhərində qeyd edilməsindən qürur duyduqlarını söyləyib.
Daha sonra polşalı jurnalist Yatsek Pototski, Polşada fəaliyyət göstərən azərbaycanlı tələbələrin şurası sədri Nail Məmmədzadə də çıxış etmişlər. Tədbirin sonunda qəbul verilib.
Reytinq: