Heqiqet.Az » hadise » Goranboyda bir ailənin 7 üzvünü qətlə yetirən şəxsə ÖMÜRLÜK CƏZA


Goranboyda bir ailənin 7 üzvünü qətlə yetirən şəxsə ÖMÜRLÜK CƏZA

24-04-2015, 20:26
Çap et
Goranboyda bir ailənin 7 üzvünü qətlə yetirən şəxsə ÖMÜRLÜK CƏZA
Gəncə Ağır Cinayətlər Məhkəməsində bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R. Hüseynov ömürlük olaraq azadlıqdan məhrum olunub.

Qeyd edək ki, ötən il oktyabrın 1-də Goranboy rayonunun Səfikürd kəndində Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.

R. Hüseynov könüllü olaraq Goranboy Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.
Reytinq: