Heqiqet.Az » iqtisadiyyat » Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib


Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib

21-02-2018, 14:13
Çap et
Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib Azərbaycan Sahibkarlar Konfederasiysı (ASK) ilə Özbəkistan Ticarət və Sənaye Palatası (ÖTSP) arasında memorandum imzalanıb.
Konfederasiyadan verilən məlumata əsasən, sənədi ÖTSP-nın sədri Adham İkramov və ASK-nın prezidenti Məmməd Musayev imzalayıblar.
Görüşdə ASK-ın prezidenti Məmməd Musayev, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramov, Azərbaycanın Özbəkistanda fövqaladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, “Uzstroymaterialı” Səhmdar Şirkətinin sədri Botir Zaripov, “Tashkent City” Unitar Müəssisəsinin direktoru Caxongir Artıkxocayev, “Uzkimyesanoat” Səhmdar Cəmiyyətinin sədr müavini Dmitriy Pak, Özbəkistanın investisiyalar üzrə Dövlət Komitəsinin sədr müavini Laziz Kudratov, “Uzbekneftqaz”, "Navruz International Corp", “Middle Asia Rotoplast” şirkətlərinin nümayəndələri və azərbaycanlı sahibkarlar iştirak ediblər.
İmzalanma mərasimuindən əvvəl Daşkənddə səfərdə olan Azərbaycan iş adamlarından ibarət nümayəndə heyəti Özbəkistan-Azərbaycan biznes forumunda iştirak ediblər.
Bu gün azərbaycanlı iş adamları Səmərqəndə yola düşəcək. Orada şəhər icra hakimiyyətinin rəhbərliyi və yerli sahibkarlarla görüş keçiriləcək.
Qeyd edək ki, səfər Azərbaycan məhsullarının Özbəkistan bazarına daxil olması, iş adamlarımızın bu ölkənin şirkətləri ilə işgüzar əlaqələri qurmaq və Özbəkistanda investisiya mühiti ilə tanış olmaq məqsədi daşıyır.
Reytinq: