Heqiqet.Az » hadise » Keçmiş bələdiyyə sədri məhkəmə zalında qandallandı


Keçmiş bələdiyyə sədri məhkəmə zalında qandallandı

26-02-2018, 15:36
Çap et
Keçmiş bələdiyyə sədri məhkəmə zalında qandallandı Məhəmmədli kəndinin sabiq bələdiyyə sədri Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən, Vaqif Nəbiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, bələdiyyə sədri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunub. Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa yüz min manatlarla miqdarında maddi ziyan vurması olub. Lakin daha sonra o, ev dustaqlığına buraxılıb.
Bələdiyyə sədrinin əməllərindən zərər çəkdiyini deyənlər arasında iş adamı Ülviyyə Abdalova da var.
Ü.Abdalova V.Nəbiyevin ondan 353 min 300 manat aldığını, bunun üçün də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə müraciət etdiyini bildirib.
V.Nəbiyevin əməllərindən 10-dan çox şəxsin zərər gördüyü bildirilir.
Onu da qeyd edək ki, sabiq bələdiyyə sədrinin daha bir məhkəməsi elə Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Onun digər cinayət işi üzrə məhkəmə prosesinə hakim Əlövsət Abbasov sədrlik edir.
Bu iş davam edərkən məlum olub ki, sabiq bələdiyyə sədrinin başqa dələduzluq əməlləri üzə çıxıb və barəsində yeni cinayət işi açılıb.
Reytinq: