Heqiqet.Az » tehsil » Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri, cənab İlham Əliyevə


Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri, cənab İlham Əliyevə

18-04-2018, 15:01
Çap et
Azərbaycan Respublikasının Prezidenti,  Zati-aliləri, cənab İlham Əliyevə Hörmətli Prezident!
Sizi 11 aprel seçkilərində qazandığınız qələbə münasibətilə ürəkdən təbrik edir, ölkəmizin daha xoşbəxt və firavan sabahları naminə can sağlığı, uğurlar arzulayırıq! Və diqqətinizə çatdırmaq istəyirəik ki, apardığınız siyasət, onun məzmunu dövlətimizin beynəlxalq təcrübə və meyllərini artırıb, həyata keçirdiyiniz dövlət strategiyası xalqımızın həyatında ciddi və ümdə vəzifə kimi misilsiz əhəmiyyət daşıyır. Sevinirik ki, bu gün Azərbaycandakı davamlı inkişaf, əhalinin sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər məhz Sizin adınızla bağlıdır.
Bu gün sayənizdə Azərbaycanda bütün dünyaya örnək olacaq multikultural mühit, tolerantlıq mövcuddur. Apardığınız xarici siyasətin təməlində sülh və əmin-amanlıq, əhalinin sosial yüksəlişi dayanır. Bu təcrübi uğura söykənərək xalqımız özünü hər bir sahədə rahat hiss edir, Sizə alqış deyir.
Azərbaycan Respublikasının Prezidenti,  Zati-aliləri, cənab İlham Əliyevə
Sizin dövlətçilik işindəki uğurunuzu alqışlayır, fəxrlə deyirik ki, ölkəmizin siyasi və ictimai həyatındakı nailiyyətləriniz misilsiz xidmətlərdir!
Artıq bütün dünya gördü ki, əvvəlki seçkilərdə olduğu kimi, 11 apreldə də ölkəmizdə seçkilər çox şəffaf və demokratik əsaslara uyğun keçirildi, xalqımız böyük yekdillik və əminliklə Sizə səs verdi. Biz də məntəqə məsuliyyətlisi kimi seçkinin gedişini böyük şövqlə izlədik, əhalinin fəallığından razı qaldıq.
Sizi bir daha növbəti dəfə prezident seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, uğurlar arzulayırıq!



Yeganə Baxşəliyeva,
Bakı şəhəri, 29 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi, “Qızıl Qələm”, “Vətənpərvər xanım”, “Azərbaycan bayrağı”, “Qabaqcıl təhsil işçısı”, “İlin nüfuzlu ziyalısı”, “İlin müəllimi” və “Sadiq Heydərçı” mükafatları laureatı.


P.S.: Yeganə Baxşəliyevanı “Sadiq Heydərçı” mükafatı alması münasibətilə təbrik edir və müvəffəqiyyətlər arzulayırıq!
Nahidə Aslanqızı
Reytinq: