Heqiqet.Az » hadise » Xaçmazda qanunsuz ağac kəsimi ilə məşğul olan sex aşkarlandı


Xaçmazda qanunsuz ağac kəsimi ilə məşğul olan sex aşkarlandı

8-06-2018, 12:32
Çap et
Xaçmazda qanunsuz ağac kəsimi ilə məşğul olan sex aşkarlandı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
Nazirlikdən verilən məlumata görə, Xaçmaz rayonu ərazisində keçirilən reyd zamanı Çinartala kəndi ərazisində Zeynəddin Daşdəmirova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,1 kub.m həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.
Faktla bağlı sexin sahibi barəsində akt tərtib edilib və ona təbiətə dəyən 709 manat məbləğində cərimə tətbiq olunub.
Reytinq: