Heqiqet.Az » dunya » NATO-nun baş katibi Əfqanıstana elan olunmamış səfər edib


NATO-nun baş katibi Əfqanıstana elan olunmamış səfər edib

6-11-2018, 12:37
Çap et
NATO-nun baş katibi Əfqanıstana elan olunmamış səfər edib NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 6-da Əfqanıstana səfər edib. Alyans təhlükəsizlik baxımından səfər barədə məlumatı məxfi saxlayıb.
Yens Stoltenberqi NATO-nun hərbi komitəsinin rəisi Stüart Piç və alyansın Avropadakı birləşmiş qüvvələrinin komandanı Körtis Skaparotti müşayiət edir. Baş katibin Əfqanıstan prezidenti, hökumət üzvləri və vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşü planlaşdırılıb. Stoltenberq, həmçinin NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək” missiyasının komandanı Skott Mellerlə də görüşəcək.
Alyansın mənzil-qərargahı səfərin əsas mövzusunu açıqlamayıb, lakin diplomatik mənbələrin məlumatına görə, danışıqlarda NATO-nun təlimatçı və müşavirlərinin missiyasının genişlənməsi, "Taliban” hərəkatı ilə danışıqların perspektivləri və Əfqanıstan ordusunun xarici maliyyələşməsi məsələsi (ildə 4 milyard dollardan çox) müzakirə olunacaq.
Reytinq: