Heqiqet.Az » yazarlar » İmanın, təqvanın kitabı


İmanın, təqvanın kitabı

1-03-2019, 16:22
Çap et
İmanın, təqvanın kitabı Dinin də xüsusi özəllikləri var; insan iman və təqva ilə kamilliyə gedən yolun astanasında durmamalı, Allah eşqini öz qəlbinin işığı ilə əks etdirməlidir. Heç şübhəsiz, istedadlı qələm sahibi, iman adamı Həsən Hüseyni də öz imanının hüdudlarında Allah sevgisi tapıb. Onun 2019-cu ildə «Ekoprint» mətbəəsində işıq üzü görmüş «Ya Zəhra, nəzərin ayırma bizdən» kitabında da məhz iman və təqvada gerçəkləşən dini özəlliklər xüsusi yer tutur.
Kitab Əhli-beyt aşiqi Şah İsmayıl Xətainin 530 illik yubileyinə ithaf edilib. Kitabda əsasən Həzrəti peyğəmbərin sevimli qızı Fatimeyi-Zəhranın həyat və fəaliyyəti, Quran ayələri, mötəbər mənbələrdən götürülmüş hədislər, din xadimlərinin əsərləri və şairlərin şeirləri əsasında işıqlandırılıb.
Kitabda həmçinin, iman, inam və təqva məsələlərinə geniş rakursdan yanaşılıb, Fatimeyi-Zəhra fonunda qadın obrazı mükəmməl şəkildə ehtiva edilib. Kitabla tanışlıqdan sonra xanım Fatimeyi-Zəhranın həyatı, fəaliyyəti, çətin yaşantıları barədə müfəssəl məlumatlar əldə etmiş oluruq. Bu, bizim həyata baxışımızda yeni meyllər ifadə edir və bizə çətin günün altından necə çıxmaq ovqatı aşılayır.
«Ya Zəhra, nəzərin ayırma bizdən» kitabını Hacı Həsənin böyük uğuru hesab etmək olar. Kitab təkcə publisistik dillə ictimai mənalara eyham vurmayıb, burada həm də elmin vacib siqlətləri aşkar diqqət çəkir.
Yeni kitabı münasibətilə Hacı Həsən Hüseynini təbrik edir, ona iman və təqva yolunda dözüm, mətanət və can sağlığı arzulayırıq.

İlkin Əzizxanoğlu

İmanın, təqvanın kitabı
Reytinq: