Heqiqet.Az » idman » “Real Madrid” Qaret Beyli transferə çıxardıb


“Real Madrid” Qaret Beyli transferə çıxardıb

27-03-2019, 10:46
Çap et
“Real Madrid” Qaret Beyli transferə çıxardıb İspaniyanın "Real Madrid" klubu futbolçusu Qaret Beyli transferə çıxardıb.
Bu qərar "kral" klubunun prezidenti Florentino Peres və baş məşqçisi Zinəddin Zidanın arasında qəbul edilib və klub uelsli futbolçunu yay transfer pəncərəsində satışından 175 milyon avro gəlir əldə etmək niyyətindədir.
Həmçinin bildirilib ki, bu qərar mövsümün sonuna kimi futbolçunun oyunundan asılı olmadan dəyişilməyəcək.
Qeyd edək ki, Qaret 2013-cü ildə İngiltərənin "Tottenhem" klubundan 100 milyon avro qarşılığında Madrid klubuna keçib. O, cari mövsümdə "Real"ın heyətində 28 oyunda iştirak edib, 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Real Madrid"in Beyl ilə müqaviləsi 2022-ci ilə kimi nəzərdə tutulur.
Reytinq: