Heqiqet.Az » tehsil » Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına MÜRACİƏT


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına MÜRACİƏT

21-05-2019, 17:27
Çap et
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına MÜRACİƏT
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Surəti: Birinci vitse-prezident Mehriban xanım Əliyevaya,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevə


Hörmətli Prezident!
Dövlətçiliyimizin möhkəmlənməsini, inkişafını əsas tutan “Həqiqət.az” saytı ulu öndər Heydər Əliyevin müdrik siyasətini daim dəstəkləyir. Respublikamızda baş vermiş bütün siyasi, iqtisadi, mədəni yenilikləri, real ictimai-siyasi hadisələri özündə əks etdirir. Prezident İlham Əliyev cənablarının ətrafında sıx birləşərək, respublikamızın tərəqqisi və inkişafı naminə çalışan icra aparatlarından, regionlardakı müsbət dəyişikliklərdən, nazirliklərdən və onların tabeliyində olan müəssisələrdən gördükləri işlər, müvəffəqiyyətlər, problemlər, təhsil sahəsində aparılan uğurlu işlər barədə saytımızda müntəzəm məlumatlar verilir.
Respublikamızın təhsil işçiləri də əmindirlər ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev təhsilin inkişafına öz layiqli töhfələrini verir. Bunun nəticəsi olaraq təhsilmizin ötən illərdə olduğu kimi daimi dinamik inkişafda olacaqdır.
Təhsilimiz sürətlə inkişaf edir, dünya standartları səviyyəsində yenidən qurulur. Bu sahəyə dövlət qayğısı gündən-günə artır. Azərbaycan təhsilsinin dünyaya inteqrasiya olunması istiqamətində məqsədyönlü layihələr həyata keçirilir. Bu layihələrin həyata keçirilməsində pedaqoji işçilərimizin də əməyi böyükdür.
Belə təhsil işçilərindən biri də Bakı şəhər Xətai rayonu 254 saylı tam orta məktəbin ibtidai sinif müəllimi, “İlin nüfuzlu ziyalısı” media medalı mükafatı laureatı, bugünlərdə çapdan çıxmış “Müstəqilliyimiz əbədidir - ikinci hissə” kitabında ümummilli lider Heydər Əliyevə həsr olunmuş məqaləsi ilə çıxış etmiş Arifə Əliyevadır.
Arifə Əliyeva ulu öndər Heydər Əliyevə həsr olunmuş kitablarda, başqa mətbu orqanlarında mütəmadi olaraq dövlət və dövlətçiliyimizin inkişafı naminə çıxışlar edir. Dəfələrlə bu işinə və səmərəli yazılarına görə mətbu orqanları tərəfindən medal və diplomlara layiq görülüb. Hazırda təqaüd yaşı çatdığı üçün onun işdən getməsi ehtimalı var. Lakin uşaqları 254 saylı tam orta məktəbdə oxuyan bir qrup valideyn böyük minnətdarlıq hissi ilə sizdən xahiş edir ki, Arifə Əliyevanın bütün bu təqdirəlayiq işlərini nəzərə alaraq onun əməyinin qiymətləndirilməsinə və hazırda çalışdığı məktəbdə bir qədər də müəllimlik fəaliyyəti ilə məşğul olmasına köməklik göstərəsiniz.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına MÜRACİƏT
Reytinq: