Heqiqet.Az » gundem » Hikmət Məlikzadənin növbəti monoqrafiyası işıq üzü görüb


Hikmət Məlikzadənin növbəti monoqrafiyası işıq üzü görüb

30-05-2019, 10:41
Çap et
Hikmət Məlikzadənin növbəti monoqrafiyası işıq üzü görüb
Azərbaycan Yazıçılar Birliyinin üzvü şair-tədqiqatçı Hikmət Məlikzadənin «Nəzakət Məmmədovanın yaradıcılığında Vətən kodları» adlı növbəti monoqrafiyası işıq üzü görüb. Kitab tanınmış şair-publisist, «Yada düşdü» jurnalının baş redaktoru, Respublika «Xatirə» Kitabı Redaksiyasının rəhbəri Nəzakət Məmmədovanın (Məmmədlinin) yaradıcılığına həsr olunub.
Kitabda Nəzakət xanımın yaradıcılığı, xüsusən də, «Yurd dediyim bu torpaq...» kitabı elmi aspektdən, filoloji təhlilə cəlb edilib, müəllif Nəzakət xanımın yaradıcılığındakı Vətən siqlətini, bu predmetin şəkli xüsusiyyətini hərf-rəqəm hesabı ilə açıb, bu faktorun kod və şifrələrini təyin edib.
Kitab tələbə və magistrlər, elmlə maraqlanan hər kəs üçün dəyərli mənbə ola bilər.

İlkin Əzizxanoğlu
Reytinq: