Heqiqet.Az » yazarlar » Planetimizin heyvanları


Planetimizin heyvanları

3-06-2019, 12:11
Çap et
Planetimizin heyvanları Mətanət Ulu Şirvanlı

Uşaqlara hədiyyə

Qurbağa

Boz-yaşıl donda,
Gözlərim də domba,
Suda ağa,
Quruda ağa,
Boylanaram sola- sağa,
Həvəskaram tullanmağa.
Ay uşaqlar,
Mən kiməm?
Qur...qur...qurbağa.
Çəyirtkə
Açıb yelkənimi
Uçdum havada.
Hop....hop...
Qondum yarpağa, gülə,
Çiçəkli talada.
Hop...hop...
Tullanım...tulanım,
Ot üstə yırğalanım...
Yarpaqlar titrəşdikcə
Harda yatım, görən gecə?
Mən yaşıldonlu çəyirtkə.
Hop...hop...
Qarışqa
Canı var bir tikə,
Şələsi özündən yekə.
Çalışır dayanmadan
İstəyir yükün çəkə.
Əl çəkmir inadından
Yol aşır yuvasından.
Əziyyətə salar özün,
Yığar yayda azuqəsin.
Layiq olar min alqışa,
Zəhmətsevər qarışqa.

Çəyirtkə

Dizi belindən uca,
Həm tullana, həm uça.
Tarlalara, bağlara
Ziyan vurar bolluca.
Bir də onu deyim ki,
Buynuz var haça.
Əti yoxdu bir tikə,
Kimdi ki, bu, kimdi bu?
Çubuq kimi çəyirtkə.

Arı

Uçuram çəməndə
Vız...vız...
Paltarım zolaqlı qız.
Vızz...zvız...
Gəzib bir-bir çəmənləri,
Çələng hörrəm çiçəkləri.
Vız...vız...
Titrəşdikcə hər çiçək,
Bal yığdım pətək-pətək.
Vızzz....vız...
Qonaram, nərgizə, gülə,
Vız..vızım...qalxır zilə...
Vız...z...vız...z...
Fəsillərdən sevdim yayı,
Balımı sevər ayı.
Paltarım sarı, zərli
Qanadlarım bəzəkli.
Soruşun da, kiməm mən?
Vızz...vız...
Qorxuduram uşaqları,
Mənəm də, vız-vız arı.
Vızz....z....vız....

Parabüzən

Qırmızı don, qara xallı,
Uç...uç....
Qonaq gəl bizə, dodağı ballı.
Uç...uç....
Duraq üz-üzə, qonaq gət bizə,
Babamı gətir..nənəmi gətir...
Uç ...uç...
İncə-incə, ay qanadı incə,
Səni gözləyənmi var,
Uç...uç...
Yoxsa əsər giləvar?
Uç...uç...
Paltarına xal düzən,
Gözəl, xallı parabüzən.
Uç...uç....
Balaca küçük
Oynayır topla,
Balaca küçük.
Kuçu...kuçu...
Adı da Toplan.
Kuçu...kuçu...
Səs gəlir, cik...cik...
Bu da sərçəcik,
Çik...cik...
Toplan edir hop
Tuta sərçəni,
Tullır, hop...hop...
Sərçə pır edir,
Toplan mır... edir.
Sərçə havadan
Ona əl edir.

Ağacdələn

Tuk...tuk...
-Kimdi?
-Həkimdi.
-Kimdir xəstə?
-Şabalıd ,Vələs, Küknar.
-Vay...vay....
Ay haray həkim hanı?
Tuk...tuk...
-Dedim axı, burdayam!
Bu, mənəm də, səsi gələn,
Meşənin həkimi ağacdələn!
Tuk...tuk...

Cücə

Boylandı yumurtdan
Balaca -sarı dimdik...
Cik...cik...
Bu kimdi, balaca qanad,
Xırda ayaq, sarı dimdik?
Çik...çik...
Rəngi zəfaran kimi,
Yumurtadan çıxan kimi
Cik...cik...
Balaca, gözəl cücə,
Başladı oxumağa,
Bu həyata gəlincə,
Cik...cik...

Qarğa

Bozam, həm də qarayam,
Kolum var, otum-talam,
Yuvamda da balam,
Qar...qar...
Uçum- qonum budağa,
Yemim ilan, qurbağa.
Qar...qar...
Dimdiyimdə pendirim,
Enli, yastı, dimdiyim.
Qar...qar...
Yuvama da gün düşüb,
On altı gün kürd düşüm,
Qanadıma bit düşüb.
Qar..qar...
Xor: Kiş...kiş...uç qon dağa,
Ay 300 il yaşayan qarğa.

Qaz

Yağış yağır, sular daşır,
Balalarım qaqqıldaşır.
Qa...qa...qa...
Üzərəm çayda -göldə,
Ağdı, bozdu telim də.
Qa...qa...qa...
Suda avar ayaqlarım,
Çərpələng tək qanadlarım.
Qa...qa...qa...
Yekə- bərkdi yumurtam,
Kürt yatım, çıxar balam.
Qa...qa...qa...
Artıb çoxalaram hər yaz,
Qa...qa...edən gözəl qaz.
Flaminqo
Narıncı, qırmızı, ağ,
Gözü xırda, nə olacaq?
Boynu əyri, qıçı düz,
Bəyənirik onu biz.
Sevər tək ayaq dura,
Bu çəhrayı qızıl qaz.
Dimdiyinin ucu qara,
Yaraşıqdı sulara.
Qazlar deyər qa..qa...qa...
Eyni cinsdən Flaminqa.

Caqqal

Belim boz, qarnım ala,
Oxşarım var canavara.
Quyruğum, qulağım düz,
Kəndə soxullam gündüz.
Səsım çıxar vək...vəkk...
Məməliyəm, yırtıcıyam,
Tülkülərə bacıyam.
Hirslənirəm vək...vək...
Həm sürüyəm, ya da tək.
Gözüm iti, rəngim çal,
Adım yırtıcı çaqqal.

Balıq

Danışmağa dili yox,
Ayağı yox, əli yox,
Sürüşər əldən düşər,
Bədənində pulu çox.
Gözü var, qaşı yoxdu,
Dənizdə, göldə çoxdu,
Yosundan qoyar tacı,
Ay səni balıq bacı.

Keçi

Saqqalı uzun sallanar,
Yamaclara dırmanar.
Adətin verməz əldən,
Çəpərlərdən tullanar.
Bir adı da təkədi,
Dərisi də keçədi.
Kimdi ki, bu, de, nəçi?
Qoşa buynuzlu keçi.

Siçan

Gizlicə girərəm evlərə,
Ziyan vuraram zəmilərə.
Dişlərim ağ- iti,
Gəmiriciyəm, gəmirici.
Hamıdan qaçan,
Nə sürünən, nə uçan...
Ay uşaqlar, kiməm mən?
Elədir ki, var balaca siçan.

İlan

Görünərəm təpədə, dağda,
Sürünərəm torpaqda.
Fıs...fıs...s...s...
Ayağım yoxdu qacam,
Dilim var uzun, haça.
Fısss...s...s...ss...
Baxaram qırmızı gözlə,
Çalaram a, özünü gözlə.
Fısss...s...s...ss...
Dediklərim deyil yalan,
Tapdınızmı, kiməm mən?
Qorxulu, zəhərli ilan!
Fısss...s...s...ss...
Reytinq: