Heqiqet.Az » iqtisadiyyat » Şahin Mustafayev və Rövnəq Abdullayev Sankt-Peterburqda keçirilən iqtisadi forumda iştirak ediblər


Şahin Mustafayev və Rövnəq Abdullayev Sankt-Peterburqda keçirilən iqtisadi forumda iştirak ediblər

7-06-2019, 15:37
Çap et
Şahin Mustafayev və Rövnəq Abdullayev Sankt-Peterburqda keçirilən iqtisadi forumda iştirak ediblər Sankt-Peterburq Sankt-Peterburq Beynəlxalq Forumunun ikinci gününə ev sahibliyi edir. Haqqin.az saytının məlumatına görə, forumda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və ARDNŞ prezidenti Rövnəq Abdullayev iştirak edirlər.
Rövnəq Abdullayev, "Gazprom" prezidenti Aleksey Miller ilə görüşəcək.
Forumda ümumilikdə 170 biznes proqramı təşkil ediləcək. İkinci günün əsas hadisələrindən biri "davamlı inkişaf gündəminin formalaşdırılması" mövzusunda plenar iclas olacaqdır.
Rusiyanın prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının prezidenti Si Tszinpin, Bolqarıstan prezidenti Rumen Radev, BMT Baş katibi Antonio Guterres çıxış edəcəklər. Yığıncaq jurnalist və televiziya aparıcısı Sofiko Şevardnadze tərəfindən idarə olunacaq.
Reytinq: