Heqiqet.Az » dunya » Kabildə diplomatik məhəllədə PARTLAYIŞ - 34 ölü, 68 yaralı


Kabildə diplomatik məhəllədə PARTLAYIŞ - 34 ölü, 68 yaralı

1-07-2019, 11:58
Çap et
Kabildə diplomatik məhəllədə PARTLAYIŞ - 34 ölü, 68 yaralı Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.
Partlayış paytaxtın diplomatik nümayəndəlik və səfirliklər yerləşən məhəlləsində qeydə alınıb. Milli Müdafiə Nazirliyinin də həmin ərazidə yerləşdiyi qeyd edilir.
Məlumata görə, hadisə nəticəsində azı 34 nəfər həlak olub. Daha 68 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yeri təhlükəsizlik və polis qüvvələri tərəfindən mühasirəyə alınıb.
Reytinq: