Heqiqet.Az » dunya » Amerikalı turist qadının döyüldüyü kurortu bağlayıblar


Amerikalı turist qadının döyüldüyü kurortu bağlayıblar

16-08-2019, 13:40
Çap et
Amerikalı turist qadının döyüldüyü kurortu bağlayıblar Dominikan Respublikasında amerikalı turist qadının fiziki zorakılığa məruz qaldığı kurortu müvəqqəti olaraq bağlayıblar.
Delaver Ştatının 51 yaşlı sakini Temmi Lourens-Deyli naməlum şəxs tərəfindən döyülüb və ona ağır bədən xəsarətləri yetirilib. O, öz fotoşəkillərini sosial şəbəkələrdə yerləşdirib. ABŞ-a qayıdan turist qadın bildirib ki, onu döyən şəxs otelin əməkdaşı olub.
Bu hadisədən sonra məlum olub ki, Dominikan Respublikasının kurortlarında 10-dan çox amerikalı turist həyatını itirib və bu səbəbdən Şimali Amerikadan bu ölkəyə turist axını xeyli azalıb.
Amerikalı turistin döyüldüyü Punta-Kane şəhərindəki Majestik Resorts kurortunun administrasiyası bəyan edib ki, KİV-lərdə ABŞ-dan gələn turistlərin ölümü və ya ağır bədən xəsarətləri alması haqqında çıxan xəbərlərdən sonra onlar minlərlə müsafirdən məhrum olublar. Turistlər mindən çox otel sifarişini ləğv edib və kurortlar demək olar ki, boş qalıb. Nəticədə kurortu müvəqqəti bağlamaq lazım gəlib. Bu turizm məkanı avqustun 15-də bağlanacaq və noyabrın 7-də yenidən fəaliyyətə başlayacaq.
Eyni zamanda, iyul ayında zərərçəkmiş Lorens-Deyli kurortun əleyhinə iddia qaldıraraq aldığı xəsarətlə bağlı 3 milyon dollar təzminat tələb edib.
Reytinq: