Heqiqet.Az » iqtisadiyyat » Azərbaycan istehsalı olan ət və süd məhsulları Rusiyaya ixrac olunacaq


Azərbaycan istehsalı olan ət və süd məhsulları Rusiyaya ixrac olunacaq

28-08-2015, 17:31
Çap et
Azərbaycan istehsalı olan ət və süd məhsulları Rusiyaya ixrac olunacaq Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiya Federasiyasına ixracı ilə bağlı müzakirələr aparılıb.
İqtisadiyyat və Sənaye Nazirliyindən bildiriblər ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının 2015-ci il aprelin 16-da Bakıda görüşü keçirilib. Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiya Federasiyasına ixracı ilə bağlı müzakirələr aparılıb.
Razılaşmaya əsasən, Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşları Azərbaycana səfər edib və sahibkarlıq subyektlərinə baxış keçirərək qiymətləndirmə aparıblar. Artıq ət və süd məhsulları istehsal edən 7 Azərbaycan müəssisəsi Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən reyestrə daxil edilib. Bu isə həmin müəssisələrə istehsal etdikləri məhsulları Rusiyaya ixrac etmək imkanı yaradır.
Digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir.
Reytinq: