» » Nokauta düşən boksçu xəstəxanada vəfat etdi - VİDEO


Nokauta düşən boksçu xəstəxanada vəfat etdi - VİDEO

18-10-2019, 13:24
Çap et
Nokauta düşən boksçu xəstəxanada vəfat etdi - VİDEO 27 yaşlı amerikalı boksçu Patrik Dey Çikaqoda xəstəxanada dünyasını dəyişib. Bu barədə Ümumdünya Boks Şurasının (WBC) saytında məlumat verilib.
Qeyd edilir ki, oktyabrın 13-də Dey həmyerlisi Çarlz Konvellə döyüşüb. Görüş birincinin nokauta düşməsi ilə başa çatıb. Deyə kəllə-beyin travması diaqnozu qoyulub. Huşsuz halda xəstəxanaya çatdırılan idmançını əməliyyata alıblar. Buna baxmayaraq, o, çərşənbə günü vəfat edib.
Qeyd edək ki, P.Dey karyerası ərzində 22 döyüş keçirməyi çatdırıb. O, 17 dəfə qalib, 4 dəfə məğlub olub. Yerdə qalan 1 döyüş isə heç-heçə ilə nəticələnib.

Reytinq: