» » Deputat Nəsib Məhəməliyev: “Gələcəyimiz naminə bu mübarizədə dövlətimizə lazımi dəstək verəcək və biz digər ölkələrdən daha tez qalib gələcəyik”


Deputat Nəsib Məhəməliyev: “Gələcəyimiz naminə bu mübarizədə dövlətimizə lazımi dəstək verəcək və biz digər ölkələrdən daha tez qalib gələcəyik”

27-03-2020, 10:48
Çap et
Deputat Nəsib Məhəməliyev: “Gələcəyimiz naminə bu mübarizədə dövlətimizə lazımi dəstək verəcək və biz digər ölkələrdən daha tez qalib gələcəyik” Son bir gün ərzində ölkəmizdə koronovirusa yoluxanların sayı 29 nəfər artdı. Nazirlər kabineti yanında operativ qərargah gündəlik daxil olmuş məlumatları təhlil edir, xarici ölkələrdən gələn vətəndaşlarımızın karantinə alınması,yerləşdirilməsi,təchizat,müayinə və müalicə məsələlərini təşkil edir. Bakı şəhərində və reqionlarda dizenfeksiya işləri aparılır. Bütün dövlət strukturları saat mexanizmi kimi dəqiqliklə öz vəzifələrini icra edir,bir çox hallarda qabaqlayıcı tədbirlər görürlər. Televiziya kanalları, müxtəlif mütəxəssisləri, ictimai- siyasi fəalları dəvət etməklə geniş miqyaslı təbliğat kompaniyası keçirirlər. Sosial şəbəkələr vasitəsilə dünyanın bir çox ölkələrində mövcud vəziyyət və görülən işlər barədə məlumatlar alırıq. Artıq qısa zaman kəsiyində virusa yoluxanların sayı yarım milyonu keçmiş, iyirmi üç mindən çox insan dünyasını dəyişmişdir. Son günlərin məlumatına görə İtaliya və İspaniya kimi inkişaf etmiş ölkələrdə sutkada orta hesabla 500- 600 adam ölür.
Xanımlar və cənablar, bu müharibədir. Azərbaycanın indiyə qədər bir düşməni vardı. Erməni separatçılığı. İkinci düşmən, daha güclü düşmən isə koronovirusdur. Biz gec- tez erməniləri məğlub edərək torpaqlarımızı azad edəcəyik. Ancaq indiki halda daha güclü düşməni, koronovirusu məhv etməliyik. Nə qədər tez məhv edə bilsək,o qədər də az itkilərimiz olacaqdır. Həm iqtisadi, həm sosiail,həm də hərbi baxımdan. Bunun üçün xalqın birliyi lazımdır. Respublika Prezidenti İlham Əliyev, Birinci vitse Prezident Mehriban xanım Əliyeva dəfələrlə xalqa müraciət etdi, Milli Məclis müvafiq qanunvericilik aktlarına dəyişikliklər, hökumət karantin rejimi tətbiq etdi. Görülən tədbirlər əhali tərəfindən yüksək qiymətləndirildi. Ancaq təəssüflə demək lazımdır ki, hələ də kifayət qədər məsuliyyətsiz insanlar var ki, təhlükənin miqyasını dərk etmirlər. Şəhərin küçə və meydanlarında,dənizkənarı bulvarda gəzərək, heç nə olmamış kimi, son aylarda gecəli- gündüzlü ictimai sabitliyi qoruyan polis işçilərinin tapşırıqlarına belə etinasız yanaşırlar. Təəccüblü olsa da, bəzi yaşlı vətəndaşlarımız, yaşlı olmaqlarını gözə soxaraq heç nədən qorxmadıqlarını bildirirlər. Yüksək davranış mədəniyyəti göstərdiklərinə görə polis işçilərinə təşəkkür etməklə, hesab edirəm ki, belələrinə qarşı sərt tədbirlər görülməlidir. Çünki, xəstəliyin qarşısının alınmasının birinci şərti insanların bir biri ilə təmasını maksimum məhdudlaşdırmaqdır. İlkin mərhələdə ancaq xaricdən gələnlərdə virus aşkarlanırdısa, hal-hazırda daxildə yayılmağa başlamışdır. Bəzi ölkələrin acı təcrübəsindən “bəhrələnərək” imkan verməməliyik ki, situasiya nəzarətdən çıxsın. Burada isə, hər birimizin olduqca məsuliyyətli olmamız lazımdır. İnanıram ki, xalqımız müdrik xalqdır. Gələcəyimiz naminə bu mübarizədə dövlətimizə lazımi dəstək verəcək və biz digər ölkələrdən daha tez qalib gələcəyik.
Yeri gəlmişkən, koronovirusla mübarizədə ön cəbhədə olan qəhrəman həkimlərimizə, tibb personalına dərin təşəkkürümü bildirirəm.
Allah Azərbaycanı qorusun.
Reytinq: