Heqiqet.Az » sosial » DİN-dən ordumuzun qələbəsini atəşfəşanlıqla qeyd edənlərə XƏBƏRDARLIQ


DİN-dən ordumuzun qələbəsini atəşfəşanlıqla qeyd edənlərə XƏBƏRDARLIQ

5-10-2020, 09:13
Çap et
DİN-dən ordumuzun qələbəsini atəşfəşanlıqla qeyd edənlərə XƏBƏRDARLIQ Silahlı Qüvvələrimizin cəbhədə qazandığı uğurlar, qələbə xəbərləri vətəndaşlarımızda böyük ruh yüksəkliyi, coşqu yaradıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, lakin təəssüflər olsun ki, ayrı-ayrı şəxslər öz müsbət emosiyalarını indiki həssas məqamda tamamilə yolverilməz olan şəkildə - fişənglərdən istifadə etməklə, atəşfəşanlıqla qeyd edirlər.
Vətəndaşlarımızı bu cür hərəkətlərdən çəkinməyə, pirotexniki vasitələrdən istifadə etməməyə çağırır, hər bir şəxsdən ölkədəki hərbi vəziyyət rejiminin tələblərinə uyğun davranmağı xahiş edirik.
Reytinq: