» » Füzulidə yeni hava limanının olması Azərbaycan iqtisadiyyatının artım tempini yüksəldəcək


Füzulidə yeni hava limanının olması Azərbaycan iqtisadiyyatının artım tempini yüksəldəcək

8-01-2021, 09:08
Çap et
Füzulidə yeni hava limanının olması Azərbaycan iqtisadiyyatının artım tempini yüksəldəcək Bakı. Fidan Babayeva, tərcümə: Orxan Nəbiyev - Trend:
Füzulidə yeni hava limanının tikintisi və açılışı Azərbaycan iqtisadiyyatının artım tempinin yüksəlməsinə təsir edəcək.
Bunu Qafqaz İqtisadi Analiz Mərkəzinin direktoru Əhməd Əlili deyib.
Onun sözlərinə görə, Azərbaycanın məhz Qarabağda turizm sektorunun inkişafı üzrə böyük planları var:
“Füzulidə yeni hava limanı ilk növbədə ölkənin turizm sektorunun inkişafına təsir edəcək. Azərbaycanın turizm potensialı kifayət qədər yüksəkdir və Qarabağda yeni turizm mərkəzlərinin açılması ölkə üçün faydalı olacaq”.
O əlavə edib ki, turizm potensialı ilə yanaşı, Qarabağ həm də zəngin təbii ehtiyatlara malikdir və metallurgiya sənayesinin mərkəzinə çevrilə bilər:
“İnkişafın indiki mərhələsində Avropa ölkələri, İran, Rusiya, Türkiyə tərəfindən investisiyaların cəlb edilməsi məqsədəuyğundur. Xarici investisiyalar bütün ölkələrin diqqətini regionun geoiqtisadiyyatına yönəldəcək. Hökumət regionun inkişafında beynəlxalq korporasiyaların da iştirak etməsində maraqlıdır”.
Reytinq: