Heqiqet.Az » tehsil » Azərbaycan dövlətinin yeganə məqsədi müharibə və onun gətirdiyi faciələrə birdəfəlik son qoymaqdır


Azərbaycan dövlətinin yeganə məqsədi müharibə və onun gətirdiyi faciələrə birdəfəlik son qoymaqdır

18-03-2021, 13:26
Çap et
Azərbaycan dövlətinin yeganə məqsədi müharibə və onun gətirdiyi faciələrə birdəfəlik son qoymaqdırBu həqiqətdir ki, hər bir inkişaf etmiş güclü dövlətin yüksəlişində siyasi liderlərin çox böyük rolu olub. Düzgün aparılan siyasət nəticəsində məqsədə ən ali səviyyədə nail olmaq olur. Azərbaycan da məhz elə dövlətlərdəndir ki, dövlət başçısının möhkəm iradəsi və siyasi ustalığı nəticəsində bütün sahələrdə güclü inkişafa nail olub və dünyada böyük nüfuz qazanmış ölkələr sırasındadır. Son zamanlar ölkə başçısının apardığı islahatlar və Azərbaycanın inkişafı naminə gördüyü işlər hər bir azərbaycanlı tərəfindən müsbət qarşılanıb alqışlanmaqdadır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan əldə edilən dividendlər dünyadakı böhranın Azərbaycan iqtisadiyyatına ciddi təsirinin qarşısını almaqdadır. Bunun nəticəsidir ki, ölkəmiz pandemiya ilə mübarizədə müsbət dinamika əldə edən dövlətlər sırasındadır.
Düşmənin yıxıb dağıtdığı şəhərlərimizin, kənd və qəsəbələrin yenidən qurulması, müasir səviyyədə təmir tikinti işlərinin aparılması, tarixi abidələrimizin bərpası ölkəmiz üçün qarşıda duran əsas məsələlərdəndir. Əlbəttə ki, bütün bunların yaxın gələcəkdə həyata keçməsi üçün hər bir azərbaycanlı bir olmalı, vətənimizin inkişafı naminə verilən hər qərarı bütün gücü ilə dəstəkləməlidir. Mən əminəm ki, biz milli birlik nümayiş etdirib düşmənə qalib gəldiyimiz kimi, yənədə vahid ideya altında birləşib Qarabağı yenidən qurub Azərbaycanı ideal dövlət kimi dünyaya təqdim edəcəyik. Düşmən tapdağından azad olan torpaqlarımızda milli tarixi və mənəvi dəyərlərimiz qorunmaqla görüləcək işlər bütün dünyaya nümunə olacaqdır.
Bu gün ölkəmiz regionda təhlükəsizliyi təmin edən və dinamik inkişafa malik ölkə kimi öndədir. Azərbaycanın iqtisadi gücü və uğurlu inkişaf strategiyası tək ölkəmiz üçün deyil, region dövlətləri üçün də tənzimləyici funksiyanı yerinə yetirir və ölkəmizin etibarlı tərəfdaş olmasına böyük inam yaradır. Dost-qardaş dövlətlərlə yanaşı çox sayda dünya dövlətləri də Azərbaycan Prezidentinin qətiyyətli, humanizm prinsiplərinə əsaslanan siyasi fəaliyyətini nümunəvi addım kimi qiymətləndirir və hər zaman dəstək nümayiş etdirirlər. Ölkəmizin bütövlüyünü və inkişafını dəstəkləyən dost dövlətlərdən gələn mesajlar da bizə stimul verir ki, “dəmir yumruq” kimi birləşib hər zaman böyük uğurlara imzalar ataq. Əgər dövlətin təməli milli maraqlara və vətəndaş birliyninə söykənən dövlətçilik ənənələri üzərində qurulubsa o dövlət güclü və sarsılmaz olur.
Onu da əlavə edim ik, fevralın 26-da Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Vətən müharibəsindən sonra regionda yaranmış reallıqlara, Prezident İlham Əliyevin Azərbaycan xalqının və dövlətinin gələcəyinə dair aydın strateji planlarına baxış oldu.
Misli görünməmiş qəddarlıqla törədilmiş Xocalı soyqırımı gününə təsadüf edən mətbuat konfransı Ermənistan hakimiyyətinin Azərbaycana qarşı təcavüzkar siyasətinin dünyaya çatdırılmasına daha bir imkan yaratdı. Ölkə başçımızın 4 saat ərzində 50 suala dəqiq, faktlara əsaslanan cavabları Azərbaycanın mövqeyini, Cənubi Qafqazda əbədi sülhün, əmin-amanlığın bərqərar olmasının tərəfində olduğunu nümayiş etdirdi.
Beynəlxalq hüququn və ərazi bütövlüyünün bərpa olunması uğrunda mübarizə aparan Azərbaycan dövlətinin yeganə məqsədi tarixi ədalətin bərpa edilməsi, müharibə və onun gətirdiyi faciələrə birdəfəlik son qoymaqdır. Davamlı sülhə nail olmaq hər zaman prioritet vəzifə kimi Azərbaycan dövlətçiliyində öndə gəlib.
İkinci Vətən müharibəsində qazanılan zəfərin tarixi əhəmiyyəti də məhz regionda davamlı sülhün bərqərar edilməsindədir. Mətbuat konfransında Prezident İlham Əliyev qeyd edib ki, biz davamlı sülhə nail olmaq istəyirik. Bu düşmənçilik səhifəsini çevirmək üçün yeganə yoldur.
Sözsüz ki, davamlı, dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, əməkdaşlıq regionun inkişafını təmin edən əsas amillərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti regionda sülhün qorunub saxlanması üçün əlindən gələni edir. Ölkə Prezidenti beynəlxalq mətbuatın nümayəndələrinə açıq şəkildə Azərbaycanın məqsədinin üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaq olduğunu vurğulayıb. Bu əməkdaşlıq, atılan addımlar öz növbəsində bölgədə davamlı sülhün təmin edilməsinə xidmət edir.
Builki Novruz bayramı da Qarabağımızın azğın düşməndən azad edilməsi ilə üst-üstə düşdü. Prezidentimizi, Şanlı Ordumuzun Ali Baş Komandanını bu bayramlar münasibətilə təbrik edir, ona daha böyük uğurlar arzulayıram.
Azərbaycan dövlətinin yeganə məqsədi müharibə və onun gətirdiyi faciələrə birdəfəlik son qoymaqdır
Könül Səmədova,
ADPU-nun “Müasir Azərbaycan dili” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru
Reytinq: