Heqiqet.Az » idman » Makron mənə PSJ-də qalmağı tövsiyə edib - Mbappe


Makron mənə PSJ-də qalmağı tövsiyə edib - Mbappe

24-05-2022, 07:20
Çap et
Makron mənə PSJ-də qalmağı tövsiyə edib - Mbappe Fransa Prezidenti Emmanuel Makron PSJ klubunun futbolçusu Kilian Mbappeyə komandada qalmağı tövsiyə edib.
Bu barədə K.Mbappe "Canal+" telekanalının efirində deyib.
"Biz E.Makronla dəfələrlə danışmışıq. Bu, yaxşı məsləhət idi. O, mənim qalmamı istədi və bu, danışıqların bir hissəsi idi. E.Makron futbol haqqında danışdığım bir çox insanlardan biridir", - deyə fransalı hücumçu bildirib.
Reytinq: