Heqiqet.Az » idman » Formula 1-ə bilet vauçerlərini elektron biletlə dəyişməyənlər yarış və əyləncə zonasına girə bilməyəcək


Formula 1-ə bilet vauçerlərini elektron biletlə dəyişməyənlər yarış və əyləncə zonasına girə bilməyəcək

25-05-2022, 06:15
Çap et
Formula 1-ə bilet vauçerlərini elektron biletlə dəyişməyənlər yarış və əyləncə zonasına girə bilməyəcək Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bildirir ki, 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə bilet alan şəxslər artıq əldə olunan vauçerləri elektron biletlərə dəyişə bilərlər.
Bakı Şəhər Halqasından verilən məlumata görə, vauçerlərin dəyişdirilməsi prosesi 12 iyun tarixinədək davam edəcək.
Vauçerləri əldə etmiş bilet sahibləri www.bakucitycircuit.com veb səhifəsindən şəxsi hesablarına daxil olaraq elektron bileti yükləyə bilərlər. Yalnız vauçer üzərində adı qeyd edilən şəxslər həmin vauçeri elektron bilet ilə dəyişə bilər. Elektron biletləri yarış və əyləncə zonasının girişindəki bilet satış məntəqələrindən, eləcə də şəhərin kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, yarış və əyləncə zonasına vauçerlə giriş qeyri-mümkündür.
Bakı Şəhər Halqası builki yarışa bilet almış hər bir şəxsə mübadilə prosesini gecikdirməməyi tövsiyə edir.
Xatırladaq ki, hazırda bilet satışı şəhərin kassalarında və eləcə də onlayn formada davam edir. Biletlər və tribunalar ilə bağlı ətraflı məlumat üçün www.bakucitycircuit.com veb səhifəsini ziyarət edə bilərsiniz.
Həmçinin, məlum olduğu kimi, elektron biletin üzərində barkod mövcuddur. Tədbirə bir bilet ilə yalnız bir tamaşaçı daxil ola bilər. Eyni biletin birdən çox nüsxəsi təqdim olunduqda yalnız ilk skan olunmuş bilet etibarlı hesab ediləcək. Bu baxımdan azarkeşlərin bilet üzərindəki məlumatları məxfi saxlaması vacibdir.
Reytinq: