Hündürmərtəbəli binalarda sakinlər üçün parkinqin pullu olması qanunidir?27-05-2022, 08:13
Çap et ![]() Bununla bağlı hüquqşünas Arif Nəzərov bildirib ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (habelə yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi və s.) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. O bildirib ki, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus olan həyətyanı torpaq sahələrinin ölçülərin kiçik olması hər bir mənzil mülkiyyətçisinin parklanma xidmətindən istifadəsində çətinliklər yaradır. Yaranmış problemin tənzimlənməsi məqsədilə Mənzil Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul edilməli, ümumi razılıq əsasında hündürmərtəbəli binaların parkinq yerindən istifadə prosedurları müəyyən olunmalıdır. Yekun olaraq hüquqşünas bildirib ki, çoxmənzilli binanın hər hansı ümumi əmlakının saxlanması və istifadəsi ilə bağlı məsələlərin bina sakinlərinin fikirləri nəzərə alınmaqla həll edilməsi zəruridir. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
11:40
Goranboyda çayxana yanıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|