» » Kriştiano Ronaldo "Bavariya"ya keçə bilər


Kriştiano Ronaldo "Bavariya"ya keçə bilər

24-06-2022, 09:57
Çap et
Kriştiano Ronaldo "Bavariya"ya keçə bilər İngiltərənin "Mançester Yunayted" futbol klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo yay transfer pəncərəsində Almaniyanın "Bavariya" klubunda polşalı hücumçu Robert Levandovskini, komandadan ayrılacağı təqdirdə, əvəz edə bilər.
Bu barədə İspaniyanın "As" qəzeti xəbər verib.
Mənbəyə görə, Kriştiano Ronaldo "Mançester Yunayted"in növbəti mövsümdə titullar qazanacağına ümidini itirib. Eyni zamanda qeyd olunub ki, portuqaliyalının ətrafı "Bavariya"nın marağından xəbərdardır və belə bir transferə yaxşı baxır.
R.Levandovskinin "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.
Reytinq: