» » "Böyük oyun"da həm qırmızı vərəqə oldu, həm də qol


"Böyük oyun"da həm qırmızı vərəqə oldu, həm də qol

21-09-2015, 13:42
Çap et
"Böyük oyun"da həm qırmızı vərəqə oldu, həm də qol Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları davam edir.
İkinci oyun gününə daha iki görüş nəzərdə tutulub.
Günün ilk qarşılaşması Gəncədə keçirilib Son Azərbaycan çempionu "Qarabağ" "Kəpəz"in qonağı olub. Ağdam təmsilçisi səfərdə 3:2 hesablı qələbə qazanmaqla liderliyini qoruyub.
Turun maraqla gözlənilən görüşü paytaxtda keçirilib. Burada "Neftçi" əzəli rəqibi "Xəzər Lənkəran"ı qəbul edib. "Neftçi" bu oyunda qələbə qazanmaqla liderlər sırasında qərarlaşmağa çalışacaqdı. Lənkəran təmsilçisi də səfərdən ən azı bir xalla ayrılmaq niyyətində idi. Matçın 5-ci dəqiqəsində penaltidən yararlana bilməyən Araz Abdullayev 58-ci dəqiqədə hesabı açmağa müvəffəq olub. Lakin "Xəzər Lənkəran"ın lideri Rahid Əmirquliyev iki dəqiqə sonra hesabı bərabərləşdirib - 1:1.
21:00. “Neftçi” – “Xəzər Lənkəran” - 1:1
Qollar: Araz Abdullayev, 58 (1:0), Rahid Əmirquliyev, 60 (1:1)
Qırmızı vərəqə: Adrian Skarlatake, 56 ("Xəzər Lənkəran")
Matçın 5-ci dəqiqəsində baş hakim Rəhim Həsənov "Xəzər Lənkəran"ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Lakin Araz Abdullayev bu fürsətdən yararlana bilməyib. Onun zərbəsini Lənkəran təmsilçisinin qolkiperi Orxan Sadıqlı dəf edib.
16:30. “Kəpəz” – “Qarabağ” - 2:3
Qollar: Coşqun Diniyev, 38-pen. (0:1), Bəxtiyar Soltanov, 49 (1:1), Samuel Armenteros, 50 (1:2), Elvin Məmmədov, 75-pen. (1:3), Şəhriyar Rəhimov, 90+4 (2:3).

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitte
Reytinq: