» » Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü olub (FOTO)


Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü olub (FOTO)

26-10-2022, 09:36
Çap et
Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü olub (FOTO) Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Reytinq: