Son yağıntılar torpaq sürüşmələrini aktivləşdirə bilər? - AÇIQLAMA17-11-2022, 05:23
Çap et Bunu çərşənbə günü Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib. Onun sözlərinə görə, son günlər intensiv yağan yağıntılar hələ sürüşmə zonalarında aktivliyə səbəb ola bilməz: "Çünki bütün geloji kəsiliş boyu islanma hadisəsi baş verməyib. Geodinamik vəziyyət həm də süxurların mövcud vəziyyəti aktivləşmək üçün əsas vermir. Atmosfer çöküntülərinin miqdarı hələ yetərincə deyil ki, bu sürüşmə prosesləri anomal aktivləşsin". Xidmət rəisi deyib ki, operativ müşahidələr bu gün əsasən Lerik, Astara, Lənkəran və Yardımlı rayonları üzrə həyata keçirilir. Xüsusilə, Lerik rayonu ərazisində lokal sürüşmə elementlərinə rast gəlinir. Bunun da əsas səbəbi Lerikdə atmosfer çöküntülərinin çox olmasıdır. Qeydə alınan faktlar əsasən sürüşmə-çökmə prosesləridir. Böyükhəcmli proseslər hələ ki, baş verməyib. "Bakının Bayıl qəsəbəsində aparılan müşahidlərə əsasən, deyə bilərəm ki, həmin ərazidə heç bir dəyişiklik və gərginlik müşahidə olunmur", - deyə Xidmət rəisi qeyd edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
