Heqiqet.Az » dunya » Sudanda münaqişə tərəfləri əhaliyə yardım tədbirləri barədə razılığa gəliblər


Sudanda münaqişə tərəfləri əhaliyə yardım tədbirləri barədə razılığa gəliblər

12-05-2023, 10:33
Çap et
Sudan ordusu və Çevik Reaksiya Qüvvələri Ciddədə (Səudiyyə Ərəbistanı) mülki əhalinin toqquşmalardan təhlükəsiz şəkildə çıxması ilə bağlı ilkin razılaşma imzalayıb.
Bu barədə "Al-Arabiya" televiziya kanalı mənbələrə istinadən bildirib.
"Sudan Ordusu və Çevik Reaksiya Qüvvələri Ciddədə ilkin razılaşma imzalayıb", - deyə mənbədən bildirilib.
Razılaşmalara əsasən, tərəflər “mülki əhalinin münaqişə zonalarından təhlükəsiz çıxışını təşkil etməyi”, habelə “mülki əhali üçün təchizat təhlükəsizliyini təmin etməyi” öhdəsinə götürürlər.
Reytinq: