Kanada İrana qarşı sanksiyaları genişləndirib9-08-2023, 12:14
Çap et Bu barədə məlumat Kanada hökumətinin saytında yerləşdirilib. Sanksiyalar siyahısına beynəlxalq sülhü və təhlükəsizliyi ciddi təhdid edən, habelə İranda insan hüquqlarını kobud şəkildə və sistematik qaydada pozan yeddi nəfər daxildir. "Sanksiyalar, o cümlədən, İranın silahlı qüvvələri tərəfindən regionun destabilizasiyası üçün istifadə olunan, yaxud Rusiyanın Ukraynaya qarşı qanunsuz müharibəsində istifadə etməsi üçün bu ölkəyə ixrac olunan ölümcül hərbi pilotsuz uçuş aparatlarını istehsal edən dövlət şirkətlərində rəhbər vəzifə tutan şəxslərə qarşı yönəlib", - məlumatda deyilir. Qeyd edək ki, bu, Kanadanın 2022-ci ilin oktyabrından İran rejiminə qarşı tətbiq etdiyi 13-cü sanksiyalar paketidir. Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqı (Aİ) da İranda pilotsuz uçuş aparatlarının (PUA) istehsalına mane olmaq üçün sanksiyalar tətbiq edib. Sanksiyalar Aİ-dən İrana PUA istehsalında istifadə olunan komponentlərin ixracını qadağan edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
