Heqiqet.Az » sehiyye » Çin turistlər üçün COVID-19 testi tələbini ləğv edir


Çin turistlər üçün COVID-19 testi tələbini ləğv edir

29-08-2023, 11:35
Çap et
Çin turistlər üçün COVID-19 testi tələbini ləğv edir Çin ölkəyə girişdən öncə koronavirus üzrə test tələbini aradan qaldırır.
Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.
"Avqustun 30-dan etibarən Çinə gələn şəxslərdən ölkəyə daxil olmamışdan əvvəl PCR-test və yaxud antigen testi tələb olunmayacaq", - deyə çinli diplomat bildirib.
Xatırladaq ki, Çin hakimiyyəti 2023-cü il yanvarın 8-dən ölkəyə gələn şəxslər üçün COVID-19 üçün məcburi karantin rejimini ləğv edib. Çin ərazisinə daxil olmaq üçün yalnız uçuşa 48 saatdan çox olmamaqla mənfi koronavirus testi tələb olunurdu.
2023-cü ilin yanvarında Çin Xalq Respublikasının Milli Səhiyyə Komissiyası COVID-19-u yoluxucu xəstəliklərin “A” siyahısından çıxarıb.
Reytinq: