Heqiqet.Az » tehsil » Təhsilə dövlət qayğısı


Təhsilə dövlət qayğısı

28-11-2023, 15:19
Çap et
Ulu öndərimiz Heydər Əliyev qeyd etdiyi kimi, təhsil millətin gələcəyidir. Millətimizin gələcəyi olan təhsil sahəsi hər zaman ulu öndərin diqqət və qayğısını hiss edib. Onun 30 mart 1998-ci il tarixli sərancamı ilə ölkəmizdə təhsil sahəsində beynəlxalq standartlara uyğun islahat keçirilməsini müəyyənləşdirən proqramın hazırlanmsı məqsədi ilə Dövlət Komissiyası yaradıldı. Bundan əlavə, Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli fərmanı müstəqil Azərbaycanda ali təhsilin inkişafı və təşkilində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu.
Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyev cənabları da elm, təhsil sahəsinə hər zaman diqqət və qayğı göstərib. Bu gün dövlət büdcəsindən təhsil sahəsinə ayrılan maliyyə vəsaiti hərbi sahədən sonra ikinci yerdədir. Bunun da nəticəsində respublikamızda elm, təhsil sürətlə inkişaf etməkdədir.
Möhtərəm Prezident İlham Əliyev, mütəmadi olaraq, istər təhsil, istərsə də elmlə bağlı qərarlar verir. Onu qeyd etməliyəm ki, elm və təhsil sahəsində işlərin qurulması ilə bağlı milli proqram hazırlanıb və bu proqram uğurla həyata keçirilir.
Prezident İlham Əliyevin təhsilə olan diqqətinin nəticəsidir ki, bu gün ölkəmizin təhsil sistemi MDB məkanında ən irəlidə gedən təhsil sistemidir və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün lazımi şərait yaradılıb. Ölkə başçısı İlham Əliyevin "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı"na dair fərmanı təhsil sahəsində görülmüş işlərin bir nümunəsidir.
Təhsilin bünövrəsi orta məktəblərdən qoyulur. Bu səbəbdən də deyə bilərik ki, Azərbaycanda çoxlu sayda yeni məktəblər tikilb, köhnələri əsaslı təmir olunub və bu işlər bu gündə davam etdirilir. Təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşmasını şərtləndirən amillər sırasında infrastrukturun rolu xüsusilə böyükdür. Müasir infrastruktur, güclü maddi-texniki təchizat öz növbəsində keyfiyyətli təhsilə yol açır. Bu baxımdan ölkəmizdəki vəziyyət təqdirəlayiqdir. Son illər respublikamızda təhsil infrastrukturunun yenilənməsi sahəsində böyük uğurlar əldə olunub. Bəhs olunan dövrdə təhsil infrastrukturunun yenilənməsi həm ümumtəhsil məktəblərini, həm də ali təhsil ocaqlarını əhatə edib.
Eyni zamanda, ölkəmizdə təhsil infrastrukturunun yenilənməsinə Heydər Əliyev Fondu da öz töhfəsini verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond tərəfindən reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxanalar, idman zalları və geniş meydançalar, eləcə də avtonom istilik sistemi yaradılıb.
Həmçinini, ucqar kəndlərdə modul tipli məktəblərin inşası layihəsi uğurla davam etdirilir. Artıq bir neçə ildir ki, respublikamızda modul tipli məktəblərin inşası layihəsi də uğurla icra edilir. Modul tipli məktəblərin inşasının dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirildiyini bildirən Prezident İlham Əliyev “Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir.
Təhsilin səviyyəsinin yüksəlməsində müəllimlərin peşəkarlığı mühüm rol oynayır. Prezident İlham Əliyev ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı qarşıya ciddi vəzifələr qoyub ki, burada da müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Təhsilin səviyyəsinin yüksəlməsində müəllimlərin peşəkarlığı mühüm rol oynayır. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Təhsilin keyfiyyəti artmalıdır və artır. Bunu müxtəlif reytinqlər göstərir və əlbəttə, burada əsas məsələlərdən biri müəllimlərin peşəkarlığıdır. Çünki təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər”.
Son illərdə Azərbaycanda müəllim peşəsinə ənənəvi hörməti bərpa etmək üçün çox böyük işlər görülüb. Dövlət xətti ilə həyata keçirilən layihələr bu sahədə xüsusi rol oynayır. 2015-2018-ci illərdə respublikamızda yeni yanaşma tətbiq olunaraq müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. Diaqnostik qiymətləndirmədən uğurla keçmiş müəllimlərin əməkhaqları orta hesabla 2 dəfə artırılıb. Əməkhaqlarının artırılması öz növbəsində cəmiyyətdə müəllimlərin peşəkarlığının və nüfuzunun yüksəlməsinə səbəb olub. Təsadüfi deyildir ki, son vaxtlarda ölkəmizdə həyatlarını bu şərəfli peşə ilə bağlamaq istəyənlərin sayı getdikcə artır. Bu dövlət başçısının Azərbaycan təhsilinə olan qayğısının bariz nümunəsidir.

Rəfiqə Atayeva,
Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli tam orta məktəbin direktoru
Reytinq: